Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

arqo

Müəyyən sosial qrupun qapalı spesifik dili.

A.-dan bəzi sosial qruplar fərq­lənmək, öz aralarında danışığın məğzini digərlərindən gizli saxlamaq üçün istifadə edirlər. A.-da sözlərin çoxu başqa dillərdən götürülmüş, mənası və forması dəyiş­di­ril­miş ifadələrdən ibarətdir. Dar mənada A. çox vaxt cəmiyyətin ən aşağı təbəqə­lə­rinin, oğruların, cinayətkar ünsürlərin, di­lən­­çilə­rin dili kimi başa düşülür. Bunun sə­bəbi terminin mənşəyi ilə əlaqədardır. ­A. termininə yazılı mənbələrdə ilk dəfə XVII əsrin əv­vəl­lərinə aid sənədlərdə rast gəlinir və onun həmin dövrdə Fransada oğrulara verilmiş addan (les argotiers) yarandığı güman edilir. A.-nun ilk tədqi­qatçılarından biri yazıçı Viktor Hüqo olub. O, 1862-ci ildə «Səfillər» romanında A.-nu «səfillərin dili» kimi təsvir edib, sonradan isə onu «əzabın dili» ad­lan­dırıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti