Arteriya divarının iltihabı.
A. zamanı arteriya divarlarının elastiki lifləri və əzələ qatı dağılır, tromboz əmələ gəlir. Kəskin A. müxtəlif infeksion xəstəliklərdə, xroniki A. isə vərəm aktinomikoz, sifilis, xroniki mədə xorası xəstəliklərdə müşahidə olunur. İrinli A. təhlükəlidir – arteriya divarının çürüyüb, partlamasına və anevrizmə səbəb ola bilər.
Biologiya terminlərinin izahlı lüğəti