Bir mənası rusca “лучший” deməkdir. “Sən kimdən artıqsan” cümləsi “sən kimdən üstünsən, yaxşısan?” kimi başa düşülür. Artıq sözünün antonimi olan əskik sözü isə “pis” anlamını verir. “Artıq-əskik danışmaq”, “gah yaxşı, gah da pis danışmaq” deməkdir. Bu söz həm də çox anlamında işlədilir və artmaq feili ilə bağlıdır, əsl məna məhz bundan ibarətdir. “Yaxşı” mənası sonradan törəmədir. Söz həm də ədat kimi işlədilir (“artıq gecdir” deyirik). Kəlmənin ədat kimi işlədilməsi onun “çox” mənası ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti