Reklam
Reklam

Tarix terminləri lüğəti

asılı kəndli

Torpaq mülkiyyətindən məhrum, lakin şəxsi azadlığını saxlayan kəndli.

A.K.-lər orta əsrlərin klassik feodal cəmiyyətlərində iki əsas sosial təbəqədən birini təşkil ediblər. A.K. torpağı feodaldan icarəyə götürərək əvəzində məhsulun bir hissəsini ona verirdi. Belə kəndli yalnız torpağa görə asılı idi: o, yaşadığı yeri tərk edib başqa yerə getmək hüququnu saxlayırdı.

Tarix terminləri lüğəti