Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

askaridlər

adcarididae

Sap qurdlar fəsiləsi.

İnsan və onurğalı heyvanların bağırsaq parazitidir. Dişi A. gündə 250 minədək yumurta qoyur. Yumurtalar nəcislə xaric olur, qida və ya su ilə sahibinin bağırsağına düşür. Sürfə bağırsağın divarını deşərək venalara girir və oradan qaraciyərə, ürəyə, ağciyər və traxeyadan keçərək ikinci dəfə ağıza və oradan da həzm yoluna düşür. İnsanın bağırsağında eyni zamanda bir neçə yüzədək A. parazitlik edə bilər.

Biologiya terminlərinin izahlı lüğəti