İşığın təsiri nəticəsində işığahəssas fotoqrafik material üzərində alınmış görünməyən (gizli) təsvirin aşkara çıxarılma prosesi.
Proses aşkarlayıcı məhlul daxilində gedir. A. əməliyyatı yarıqaranlıqda (tünd qırmızı və ya yaşıl işıqda), tam qaranlıqda və ya xüsusi işıq keçirməyən qablarda aparılır. A.-nın gedişinə yarıqaranlıqda vizual nəzarət, tam qaranlıqda isə vaxta nəzarət edilir.
Fizika terminlər lüğəti