Ascochyta cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyi.
Xəstəlik nəticəsində bitkinin yerüstü orqanlarında müxtəlif forma, ölçü və rəngdə ləkələr əmələ gəlir. Cücərtilərin kök boynu çürüyür. Məhsul azalır və keyfiyyət aşağı düşür. Mübarizə tədbirləri: düzgün növbəli əkin aparmalı, xəstəliyə davamlı tezyetişən sortlar seçməli, toxum erkən səpilməli, məhsul vaxtında yığılmalı, dərin şum aparılmalıdır.
Biologiya terminlərinin izahlı lüğəti