astr. Göy cisimlərinin şüalanmasına spektral analizi tətbiq etməklə astrofizika məsələlərinin tədqiqi metodu.
A.-dan istifadə üçün teleskoplara spektroskop (vizual müşahidələrdə) və spektroqraf (fotoqrafik müşahidələrdə) əlavə edilir. Öyrənilən obyektin spektrinin şəkli spektoqrafla alınır. A. vasitəsilə məlum olmuşdur ki, kometlərin, Günəş xromosferinin, planetar və bəzi qaz dumanlıqların spektri şüalanma spektridir. A. kosmik tədqiqatda tətbiq olunur.
Fizika terminlər lüğəti