Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ATABƏY azərb.

mürəkkəb adların tərkibində işlənən Ata adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Atabəy (bax: ad – ATA; BƏY) kişi adı Azərbaycanda bu gün, az da olsa, təsadüf edilən antroponimlərdəndir. “Azərbaycan Sovet Ensiklopediyası”nda belə bir məlumat var ki, Atabəy adını da- şıyan ilk şəxs Alp Arslanın vəziri Nizamülmülk olmuşdur. Alp Arslan onu oğlu Məlikşaha tərbiyəçi təyin etmiş, iliq, ata, hoca və atabəy adlandırmışdır. Məlikşah sultan olduqdan sonra Nizamülmülkə rəsmi olaraq Atabəy adı vermişdir (1703). Atabəy vəzifəsinin və titulunun Azərbaycanda, eləcə də digər Şərq ölkələrində uzun və maraqlı tarixi vardır. Səlcuq sultanları öz vəliəhdlərinin tərbiyəsi üçün atabəylər təyin edərkən onlara çox böyük hüquqlar verirdilər. Hətta bir sıra ölkələrdə bu yolla təyin edilmiş atabəylərin azyaşlı şahzadələri əvəz etməyə ixtiyarı da var idi. Əslində son nəticədə bu, onların hakimiyyətini ələ keçirməsiylə nəticələnirdi. 1380-ci ildə Qeysəriyyə hökmdarı Əlaəddin Əli bəy vəfat etdikdən sonra oğlu Məhəmməd Çələbi kiçik olduğu üçün atabəylik Azərbaycan ədəbiyyatı tarixinə hökmdar-şair kimi daxil olmuş Qazi Bürhanəddinə (1314-1398) həvalə edilmiş, 1391-ci ildə Qazi Bürhanəddin özü hakimiyyət başına keçmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti