ataman sözü əslində müəyyən bir dəstə başçısı, sözünü qorxmadan deyə bilən, sözünü yeridə bilən, qoçaq, rəhbər, dəstəbaşı, sərkərdə, bəzən də qoçu anlamındadır.
Azərbaycan dilində mənəm-mənəm deyən, heç kimdən qorxmayan, dediyini yeridən, danışıqda quldur dəstə başçısı mənasındadır. Türk dillərindən rus dilinə keçən sözlərdəndir, rus dilində bu gün də eyni mənada işlənir. Bu gün Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olsa da, yaşlı nəslin nümayəndələri arasında rast gəlinir. Rusiya Federasiyasına daxil olan türk respublikalarında, eləcə də MDB məkanında yaşayan bir sıra xalqların dilində Atamanov soyadı da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti