yun. autos – özü + bios – həyat + grapho – yazıram, çəkirəm
Müəllifin şəxsi həyatını əks etdirən bədii və ya bədii-publisistik əsər.
Avtobioqrafik əsər müəllifin həyatını əks etdirən real hadisələrlə yanaşı, onun bədii təxəyyülündən doğan epizodları da ehtiva edə bilər. Klassik şair və yazıçıların əsərlərindəki avtobioqrafik məqamların aşkar edilməsi mətnşünas və tarixçilərin məşğul olduğu xüsusi araşdırma obyektidir. Ə.Xaqaninin “Töhfətül-İraqeyn” əsəri ədəbiyyatımızda ilk avtobioqrafik əsər hesab olunur. H.Cavidin “Azər”, İ.Əfəndiyevin “Geriyə baxma, qoca!” əsərləri də avtobioqrafik əsər nümunələridir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti