Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

avtobioqrafik əsər

yun. autos – özü + bios – həyat + grapho – yazıram, çəkirəm

Müəllifin şəxsi həyatını əks etdirən bədii və ya bədii-publisistik əsər.

A.Ə. müəllifin həyatını əks etdirən real hadisələrlə yanaşı, onun bədii təxəyyülündən doğan epizodları da ehtiva edə bilər. Klassik şair və yazıçıların əsərlərindəki avtobioqrafik məqamların aşkar edilməsi mətnşünas və tarixçilərin məşğul olduğu xüsusi araşdırma obyektidir. Ə.Xaqaninin “Töhfətül-İraqeyn” əsəri ədəbiyyatımızda ilk A.Ə. hesab olunur. H.Cavidin “Azər”, İ.Əfəndiyevin “Geriyə baxma, qoca!” əsərləri də A.Ə. nümunələridir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti