Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

Ay1 [ay] isim etim.

1. Astronomiya. Coğrafiya. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr Günəş işığı ilə işıqlanan göy cismi. □ Ay işığı. Ayın batması.

2. Məcazi mənada: gözəlin camalına təşbeh (bəzən ay üz, ay parçası, on dörd gecəlik ay və s. tərkiblərdə işlənir). □ Ay üzünü görmək istər sevdiyim; Söylə görüm, bəs yaşınmaq nədəndir? (Aşıq Qurbani).

ay[ay] isim

Astronomiya. İlin on iki hissəsindən biri. □ Aylardan yeddisi 31, dördü 30, biri 28 (hər dörd ildən bir 29) gündən ibarətdir. Yaz ayları. Bir ay bundan əvvəl.

ay[ay] nida

1. Çağırış, müraciət, haylama, haraylama nidası. □ Ay uşaqlar, bir sakit olun! Boşla, ay molla dayı, sən də bizi çəkmə zora (M.Ə.Sabir).

2. Qəfil bir hadisə və ya görüntü nəticəsində doğan qorxu, diksinmə, təəccüb, heyrət və s. hisləri ifadə edən nida. Ay, ilana bax! Ay, ürəyim qopdu! Ay, nə gözəldir!

3. Kədər, təəssüf, mərhəmət, qəfil ağrı kimi hisləri ifadə edən nida. □ Ay biçarə! Ay başım!

Həmçinin bax:

frazeologizm: ay dolandı, il keçdi frazeologizm: ay işığında iynə saplamaq frazeologizm: ay ötdü, il dolandı frazeologizm: ay parçası frazeologizm: aya deyir, sən çıxma, mən çıxım frazeologizm: aya-günə dönmək frazeologizm: ayda-ildə bir frazeologizm: aydan arı, sudan duru frazeologizm: aydan gəlmək frazeologizm: quyruq doğan ay jurnalistika: bal ayı coğrafiya: ayın səfhələri coğrafiya: siderik ay Azərbaycan dilinin izahlı lüğəti