►Adәtәn, uğursuzluq gәtirәn mənfi enerjili və bədniyyət şәxs haqqında işlədilən ifadə.
İfadә, әslindә, qәdim insanların mövһumi təsəvvürləri ilə əlaqədar meydana gəlmişdir.
Qәdim inanclara görә, gecә vaxtı anadan olan adamlar «ayağı ağır», yaxud «qaradaban» һesab edilirdilәr. Guya belәlәri hər yerə bədlik aparır, ayağı düşәrli olmur, onların һәr һansı bir yerә getmәsi, hәr һansı işi başlaması uğursuzluqla nәticәlənir. Bunun әksinə, gündüz doğulan kәslәr şükümlü, әliyüngül һesab edilirdi. Ticarәt işindә әn әvvәl, xüsusilә sәһәr-sәһәr belәlәri ilә alver etmәyә cәһd göstәrirdilәr, «siftә»ni dә bu әliyüngüllәrdәn almağa çalışırdılar.
Əslində, əlin və ayağın yüngül, yaxud ağır olması ilə bağlı təsəvvürlər indi də qalır. «Filankəsin ayağı ağırdır», «onun əli yüngüldür» kimi ifadələr bu gün də işlənir. Bu gün də hər hansı işin üstünə «qaradaban» bir adamın gəlib çıxması həmin işin alınmayacağına, pis nəticə olacağına işarə kimi qavranılır.
Məsəllər, deyimlər