1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. □ Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. (M.F.Axundzadə).
2. Məcazi mənada: dinsiz, imansız, kafir (keçmişdə mürtəce mövhumatçıların tərəqqipərvər ziyalılara təhqir üçün verdikləri ad). □ Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir. (C.Məmmədquluzadə)