Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bac fars

1. Bir yerdən başqa bir yerə aparılan mal və s.dən alınan rüsum, vergi.

2. Qalibin məğlubdan aldığı təzminat, vergi.

3. Məcazi mənada: intiqam, qisas, əvəz çıxma. (“Koroğlu” dastanının lüğəti)

Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. (“Koroğlu ilə Dəli Həsən”)

 *

Tacir deyiləm bac alasınız, paşa deyiləm öc. (“Koroğlunun İstanbul səfəri”)

 *

Dağıstandan çıxdım bahar fəslində,

Gəzə-gəzə bu diyara yetişdim,

Bac vermədim, düşmanlardan bac aldım,

Çoxun saldım ahu zara, yetişdim.

                     (“Koroğlunun Dərbənd səfəri”)

Azərbaycan dastanlarının leksikası