E.ə. V minillikdə Nil vadisində geniş yayılmış arxeoloji mədəniyyət.
Bu mədəniyyətin izləri Badari kəndində (Orta Misir) aparılan qazıntılar zamanı aşkar edilib. Orada, əsasən, daş, ağac, sümük alətlər tapılıb, mis məmulatlar isə çox az aşkarlanıb. Qazıntı materialları B.M.-nə aid tayfaların əkinçilik, maldarlıq, ovçuluq və balıqçılıqla məşğul olduğunu göstərir. Sənətkarlıq – toxuculuq, dulusçuluq da B.M.-ndə yaxşı inkişaf edib, Orta Misirdəki qaya təsvirləri bu mədəniyyətə aid edilir.
Tarix terminləri lüğəti