illicum verum
Maqnoliya fəsiləsindən həmşəyaşıl ağac növü.
Ulduzvari cirə, yaxud hind razyanası adı ilə də tanınır. Hündürlüyü 7-8 m, yarpaqlarının uzunluğu 6-8 sm, parlaq, uzunsov, qurtaracağı oxvari, bütövdür. Yarpaqlarında efir yağı ifraz edən vəziciklər var. Toxumla və vegetativ orqanları ilə çoxaldılır. B. ədviyyat kimi xəmir məhsullarının (qoğal, peçenye, çörək) tərkibinə, həmçinin sərinləşdirici içkilərə və xörəklərin dadının xoş ətirli olması üçün əlavə edilir.
Biologiya terminlərinin izahlı lüğəti