Bağdad və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bağdadbəy (bax: ad – BAĞDAD; BƏY) kişi adı Bağdad bəy anlamını ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Bağdadbəy hazırda yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan mədəniyyəti tarixində soyadın daşıyıcısı Bağdadbəyov Cəlil (18871949) teatr səhnəsində layiqli yer tutan aktyorlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti