Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

bağırsaq

Həzm sistemi üzvlərinin mədə ilə anus arasındakı hissəsi.

B.-lar iki növdür: nazik və yoğun. Nazik B. mədənin çıxacağından onikibarmaq bağırsaqla başlayır. Yaşa görə uzunluğu 6-15 m ola bilər. Yoğun bağırsaq isə 1-2 m-dir. Kor, çənbər və düz bağırsaqlardan ibarətdir. Kor bağırsaq nazik bağırsaqdan sonra başlayır. Düz bağırsaq anusla qurtarır.

Biologiya terminlərinin izahlı lüğəti