coelenterata
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri.
Bədənləri ikiqatlıdır – ektoderma və endoderma. Bütün həyatlarını ontogenezlərinin qastrula mərhələsində başa vururlar. B. tipinə 3 sinif aiddir: hidrozoalar, sifoid meduzalar və mərcan polipləri. Ən aktiv hərəkətliləri meduzalar, passiv hərəkətlilər isə mərcan polipləridir. Oturaq, sərbəst və parazit nümayəndələri vardır. Cinsi və qeyri-cinsi yolla çoxalırlar. Hidraların əksəriyyəti hermofroditdir. Əsasən dənizlərdə, bəzi nümayəndələri isə çay sularında yaşayır. Meduzaların çətiri 10 m-ə qədər ola bilər. B.-ın 9 min növü məlumdur. Dəniz biosenozlarında rolu mühümdür. Çoxu əlvan rəngli olur. Adətən poliplər suyun dibində şaxəli koloniyalar əmələ gətirir. Bütün B. xırda onurğasız heyvanlarla qıdalanırlar.
Biologiya terminlərinin izahlı lüğəti