1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. □ Bağlı aslana dovşanlar da hücum edər. (Atalar sözü).
2. Sarınmış, sarğılı. □ Bağlı göz. Bağlı baş. Bağlı qıç.
3. Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. □ Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf. Bağlı qapıya xata dəyməz. (Atalar sözü).
4. Bağı, qaytanı olan; qaytanlı. □ Bağlı tuman. Bağlı çəkmə.
5. İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. □ Bağlı yol. Bağlı qapı.
6. Bitmiş, qurtarmış. □ Sədr iclası bağlı elan etdi.
7. Məcazi mənada: kənar adamların girməsinə, isifadəsinə, bilməsinə icazə verilməyən; qapalı, gizli. □ Bağlı iclas. Bağlı məktəb.
8. Məcazi mənada: asılı, əlaqədar, əlaqəli. □ Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır.
9. Bənd olmuş, vurulmuş; məftun. □ Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? (M.F.Axundzadə).
10. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça. □ Qadın əlində böyük bir bağlı aparırdı. (M.S.Ordubadi).
Həmçinin bax: