Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALA azərb.

bala sözü bir neçə mənada işlənir: 1. Övlad, uşaq; 2. Balaca, kiçik, körpə (bala).

Azərbaycan dilində həm özündən kiçiklərə, həm də həmsöhbətə bala deyə müraciət edilir. Məsələn, Ay bala, söza qulaq as, xeyrinadir. Ay balam, man na bilim ki, sonu bela olacaq. Bu da onu göstərir ki, Bala dilimizdə həm də müraciət forması kimi işlənir. Azərbaycan antroponimikasında müstəqil bala adı ilə yanaşı, tərkibində Bala adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adı da mövcuddur. Məsələn, Balabəy, Balaxan, Balaxanım, Balabəyim və s. Bala adından soyad da formalaşmışdır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Bala bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti