fr. ballade > lat. ballare – rəqs etmək
Qərb ədəbiyyatında müəyyən süjetə malik lirik-epik şeir forması.
Əsasən, tarixi-əfsanəvi, qəhrəmanlıq mövzusunda olan B.-da bəndlərin sayı və qafiyə quruluşu müxtəlif xalqlarda fərqli olub. Mənşəcə italyanlara məxsus olsa da, daha geniş yayılmış fransız B.-sıdır. B.-nın bəndləri, adətən, 8, 10, 12 misradan ibarət olur. Dörd misradan ibarət olan sonuncu bənd yarımbənd adlanır. Dünya ədəbiyyatında bu janrın ən görkəmli ustaları F.Viyon, R.Börns, A.Jukovski, A.S.Puşkin və başqalarıdır. Azərbaycan ədəbiyyatında S.Vurğun (“İslam balladası”), M.Araz (“Əsgər qəbri haqqında ballada”), B.Vahabzadə (“İtlə at haqqında ballada”) yaradıcılığında da rast gəlinir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti