►Qadınların 30–40 yaş arası dövrünə aid edilən ifadə.
İfadə böyük fransız yazıçısı O.Balzakın yaradıcılığından qaynaqlanaraq yayılmışdır.
Məşhur yazıçı yetkin yaşda olan qadınların psixologiyası, hiss, duyğu və düşüncələrini böyük sənətkarlıqla əks etdirmişdir. Bu yaşda olan qadınların sevgi hisslərinə geniş yer vermiş yazıçının «Otuzyaşlı qadın» (1842) əsərindən sonra «Balzak yaşı» ifadəsi xeyli məşhurlaşmışdır. Əsərin ingilis dilinə tərcüməsindən sonra ifadə Avropada xeyli geniş şəkildə işlənməyə başlamışdır.
Həmin ifadədən bu gün də bədii ədəbiyyatda, danışıq dilində və publisistikada tez-tez istifadə olunur.
Məsəllər, deyimlər