Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAMSI türk mənş.

bamsı qartal, tərlan, yırtıcı quş anlamlarını ifadə edir.

“KitabiDədə Qorqud” dastanlarında gənc oğuz qəhrəmanlarından biri, əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısı, dövlətçiliyə, onun təmsilçisi Qazan xana dönük çıxmayan, bunun müqabilində qətlə yetirilən faciəli bir obraz kimi personajlar arasında xüsusi yeri olan Beyrək Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbini daşıyırdı. Atasının bəzirganlarını qarət etmiş quldurlara hücum edib maldövlətini qoruyarkən qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adını verir. Hamı gənci Bamsı Beyrək çağırır. Bu gün türk xalqlarının bir çoxunda populyarlığını saxlamış Beyrək antroponiminə Azərbaycanda təsadüfi hallarda rast gəlmək olar. Bamsı şəxs adı qartal, tərlan mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti