Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ban1

Astara, Biləsuvar, Cəlilabad, Göyçay, Kürdəmir, Masallı, Salyan

Çardaq. □ Boranılar qalıb öyün banında (Kürdəmir); Banda odun var, onu sal yerə (Masallı); Bana çixeyəm (Cəlilabad).

ban2

Cəlilabad, Masallı, Salyan, Yardımlı

1. Arabanın yan taxtaları. □ Odunu yerə boşaltmaq üçün arabanın banını götür (Yardımlı).

2. Arabanın gövdəsi, arabanın təkərləri və boyunduruqdan başqa qalan hissəsi. □ Kolxoz bu il on beş ban bağlatdırıb (Cəlilabad).

ban3

Salyan

Baca, evin damında açılan nəfəslik. □ Bizim evin banı yoxdi, qayıtdıracam.

Azərbaycan dilinin dialektoloji lüğəti