musa
Banankimilər fəsiləsindən ağacşəkilli nəhəng ot bitkisi.
Meyvəsi çoxtoxumlu giləmeyvə olub qabığı qalındır. Bir ox üzərində 300-ə qədər meyvə olur. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Bar verdikdən sonra yerüstü hissəsi quruyub məhv olur. Asiya, Afrika və digər tropik ərazilərdə bitir. İstisevən hibrid növləri daha çox yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğəti