Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

barınc

melilotus

Kəpənəkçiçəklilər (paxlalılar) fəsiləsindən ot cinsi.

Birillik və çoxillik növləri var. “Ballı yonca” və “xəşənbül” adları ilə də tanınır. Azərbaycanda 7 növü bitir. Ağ və sarı B. növləri daha çoxdur. Paxla meyvələrində zülal üstünlük təşkil edir. Balverən yem bitkisidir. Soyuğa və quraqlığa davamlıdır. Əhəngli torpaqlarda yaxşı boy atır.

Biologiya terminlərinin izahlı lüğəti