►«Hələ gücümüz tükənməyib, zəifləməmişik, özümüzə güvənirik» anlamında işlədilən ifadə.
İfadə XIX əsrin böyük rus yazıçısı Nikolay Qoqolun (1809–1852) məşhur «Taras Bulba» əsərindən sonra geniş yayılmışdır.
Kazakların həyatından bəhs edən həmin əsərdə ifadənin işləndiyi məşhur epizod aşağıdakı kimi təsvir olunmuşdur:
«Taras atamanlara səsləndi:
– Panlar, vəziyyət necədir, barıt qablarında hələ barıt varmı? Kazak əzmi sarsılmayıb ki? Kazaklar məğlub olmur ki?
– Atacan, hələ barıt qablarında barıt var. Kazakın əzmi sarsılmayıb, kazaklar məğlub olmayıblar».
Rus ədəbi dilində az qala zərbi-məsələ çevrilmiş bu ifadə ətrafdakılara gücsüz, zəifləmiş təsiri bağışlayan bir adamın, əslində, hələ ruhdan düşmədiyi, enerjisinin tükənmədiyi, ən əsası isə özünə güvəndiyi fikrini ifadə edir.
Məsəllər, deyimlər