Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

baz1 fars

Bir şeyin həvəskarı, maraqlısı, hərisi (çox vaxt sözlərin sonuna artırılır: quşbaz, itbaz və s.). (“Koroğlu” dastanının lüğəti)

Deyərlər ki, hərə bir şeyin bazı olar. (“Qulun qaçmağı”)

baz2 fars

Alıcı quş, tərlan, qızılquş. (“Koroğlu” dastanının lüğəti)

Baz da der ki, bəni bəylər götürür,

Üstümüzə ala seyvan örtdürür,

Sənin bağun bir atmaca götürür

Yeri, var get, hey quşların cürəsi.

                                      (M.Elyas, “Nəğmələr kitabı”)

Azərbaycan dastanlarının leksikası