Reklam
Reklam

Məsəllər, deyimlər

BAZAR ERTƏSİ AĞIR GÜNDÜR

►Həftənin birinci günündə işə marağın olmadığını, yaxud həmin gün başlanmış işin uğursuzluğa düçar olacağını bildirən ifadə.

İfadənin bəzi dini təsəvvürlərdən qaynaqlandığı ehtimal olunur.

Çoxları üçün bazar ertəsinin niyə ağır olması müəmmalı görünə bilər, çünki çox adam həmin gün xüsusi enerji və yaxşı əhvali-ruhiyyə ilə işə başlayır. Təbii ki, bu adamlar ifadənin bütpərəst xurafatından qaynaqlandığını bilmir. Həmin dində bazar ertəsi – cadugərliyin, hiyləgərliyin, ifritəliyin hamısı bir yerdə olan gündür. Buna görə də belə ehtimal edilir ki, bazar ertəsi işə başlayan adam cadugərlərin müqaviməti ilə üzləşə bilər.

Deyilən səbəbdən bazar ertəsi ilə bağlı «qara» fikirlər bir çox xalqların məişətində yaşayır. Buna görə də əksəriyyət bazar ertəsini hələ də qara, ağır gün hesab edir. Qatı mövhumatçılar bu gündə işə başlamaz, müqavilə bağlamaz, elçi getməz, səfərə çıxmaz, ümumiyyətlə, heç bir ciddi iş planlaşdırmazlar.

Məsəllər, deyimlər