Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏHMƏNYAR fars.

Bahman adı və mürəkkəb adların tərkibində işlənən yar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Bəhmənyar (bax: ad – BƏHMƏN; YAR) kişi adı doğru danışan dost, yalan danışmayan həmdəm, başa düşən sevgili, anlayan yar, dürüst məşuqə; aldatmayan köməkçi, yalan söyləməyən yardımçı; ağıllı dost, zəkalı yoldaş anlamına gəlir.

Lakin adın bir mənası da bəhmən ayının adı ilə əlaqədardır. Yuxarıda qeyd etdiyimiz kimi, qədim şəmsi təqviminin birinci ayı (miladda 21 yanvardan 19 fevrala qədərki müddəti əhatə edir) da bəhmən adlanır. Həmin ayda doğulan oğlan uşağına bəzən Bəhmən, bəzən də Bəhmənyar adı qoymuşlar. İsfəndiyar kişi adı (bax: ad – İSFƏNDİYAR) da bu minvalla yaranmışdır. Bəhmənyar adını XI əsrdə xalqımızın fəxri, Aristotel fəlsəfi məktəbinin görkəmli davamçısı, Əbu Əli ibnSinanın ən yaxın şagirdi hesab edilən Bəhmənyar şöhrətləndirmişdir. Onun vacib varlıq və ehtimal edilən varlıq barəsində nəzəriyyələri, səbəb və nəticə haqqında təlimi bu gün də öz əhəmiyyətini itirməmişdir. Əsərləri dəfələrlə Moskvada, Leypsiqdə, Tehranda, Bakıda nəşr edilmiş Bəhmənyarın adı elmi, ictumai fikir tariximizdə yalnız Nizami Gəncəvi və Nəsirədddin Tusinin adları ilə yanaşı çəkilə bilər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti