Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏHRAM fars.

bahram sözü Avesta abidəsində və qədim farslarda qələbə allahı kimi tanınan Veretraqnanın adı ilə əlaqələndirilir.

Hətta adın Veretraqna®Vərəhran®Bəhran®Bəhram kimi formalaşması da göstərilir. Bəhram adına şifahi və yazılı ədəbiyyatımızda rast gəlinir. Bəhram məişətimizdə çox qədim adlardandır. Qədim İran əfsanələrində BəhramiGur mahir bir ovçu və eyşişrət məclislərini sevən adam kimi təsvir edilir. Lakin bugünkü yazılış formasında heç bir mənası yoxdur. “Bəhram” şəxs adı kimi formalaşana qədər şəkildənşəklə düşmüşdür. Yaşını təyin etmək üçün, hər şeydən əvvəl, bu adı daşıyan məşhur ədəbi qəhrəmanı yada salmaq yerinə düşərdi. Məlum olduğu kimi, Bəhram adına N.Gəncəvinin “Yeddi gözəl” əsərində rast gəlinir. Hökmdar Bəhram əsərin əsas qəhrəmanıdır. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, əsərin qəhrəmanı Bəhram heç də Nizaminin müasirlərindən olmamışdır. Məlum olduğu kimi, Bəhram V əsrdə yaşamış, 420438ci illərdə İranda padşahlıq etmiş hökmdarın adındandır. Sasani hökmdarlarından olub, Yezdəgirdin oğludur. Nizami Gəncəvi əsərdə “Bəhram” sözünü Mərrix (ərəb dilində Mars planetinin adıdır) planetinin adı kimi də işlətmişdir. Qədim astrologiyaya əsasən qan kimi qırmızı görünən Mars erkən dövrlərdə müharibə ilahəsi kimi ilahiləşdirilmişdir. Klassik ədəbiyyatda Bəhram (Mars) fitnəfəsad törədicisi, müharibə, kin və qəzəbin simvolu kimi qəbul edilir. “Yeddi gözəl” əsərində yeddi planetin hərəsinin həftənin bir gününə uyğun gəldiyi, hər günün də öz rənginin olduğunu bilirik. Seşənbə Bəhram ulduzunun günüdür. Qırmızı rəngə uyğunlaşır. Həmin gün Bəhram şah qırmızı geyinib qırmızı günbəzli saraya, slavyan gözəlinin yanına yollanır.

Yuxarıda qeyd etdiyimiz kimi, Bəhram obrazının prototipi tarixi şəxsiyyətdir, Şah Yəzdəgirdin oğludur. Lakin tarixdən o da məlumdur ki, həmin hökmdarın adı əslində Bəhram deyil, V Bərəxran olmuşdur. Bu isə daha qədim Veretraqna adının ixtisara düşmüş, bir qədər dəyişmiş formasıdır. Mənbələrdən məlum olur ki, Veretraqna “Avesta”dan gəlmə addır, iki hissədən ibarətdir: “veretra” – şər qüvvələrin rəmzi və “qna” – “qovan”, “qalib gələn” mənasındadır. Veretraqna sözünün mənasına gəlincə, şər qüvvələrə qalib gələn deməkdir. Sonralar, V əsrdə Fərəhran formasına düşmüşdür. Məlumdur ki, VIIIIX əsrlərdə pəhləvi dilini yeni dil – fars dili əvəz etmişdir. Bununla da minlərlə başqa sözlər kimi, vərəhran sözü də müəyyən dəyişmələrə məruz qalmışdır. Nizami dövründə Fərəhran sözü artıq Bəhrama çevrilmişdi. Çox güman ki, ilkin Veretraqna artıq tamamılə yaddaşlardan silinmişdi. Hər halda Nizami Bəhramı yalnız şəxs və planet adı kimi işlətdiyindən, yəqin ki, bu gün Bəhram bir antroponim olaraq N.Gəncəvinin poemasının qəhrəmanı və Mars ulduzunun farsca adı kimi qəbul edilməlidir. Veretraqna haqqında bəhs edilənlər isə adın mənşəyini, tarixçəsini başa düşmək məqsədi daşıyır. Rəvayətlərdə Bəhramın həm də şair, farslarda ilk şeir söyləyən olduğu qeyd edilir. Müasir fars dilində Bəhram Mars (Mərrix) planeti ilə əlaqələndirilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti