Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bekara1

Ağdam, Bərdə, Kəlbəcər, Şuşa

Yararsız, pis. □ Ə:, bekara şeydi, onun nəynə pul verirsən (Ağdam); Həsən bekara adamdı, ona qoşulma (Kəlbəcər).

bekara2

Ağcabədi, Ağdam, Bərdə, Şuşa

Bir az, bir qədər. □ Bekara oyana otursan ma: da yer olar (Ağdam); Bir bekara qızdır ver yeəx', bərk ajımışıx (Bərdə).

Azərbaycan dilinin dialektoloji lüğəti