Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bələdiyyə yayımçısı

Bir, yaxud bir neçə yerli özünüidarəetmə orqanı tərəfindən tə­sis olunan və dövlət qeydiyyatından ke­çirilən teleradio təşkilatı.

B.Y.-nın təsis edil­məsində bələdiyyələrlə yanaşı, digər  fiziki və hüquqi şəxslərin də iştirakına icazə verilir. Belə teleradio təşkilatı yerli büdcə, reklamdan daxilolmalar, abonent haqqı hesabına və s. mənbələrdən maliy­yələş­dirilə bilər. B.Y., əsasən, təmsil olunduğu ərazidə yaşayan əhalinin maraqlarına uy­ğun proqramlar yayımlayır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti