Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

belibağlı

Bərdə, Qazax, Şəmkir

Belində qurşağa bənzər zolaq olan yırtıcı quş. □ Belibağlı meşədə çox olur (Bərdə); Qartal deyif kin, belibağlı olmaseydi, yeddi boyun ulağı kotannı, zincirri göyə qaldırardım (Qazax); Sərçələr belibağlıyı görən kimi hamsı özünü kola verdi (Şəmkir).

Azərbaycan dilinin dialektoloji lüğəti