Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bəlləmək1

İmişli

1. Yoluxmaq, baş çəkmək.

2. Yoxlamaq.  Tay gedib bizi bəlləmirsən?; Gedək bəlliyək, görək kim var orda.

bəlləmək2

Kürdəmir, Ucar

Nişanlamaq, işarə qoymaq, müəyyənləşdirmək. □ Oyi <onu> çoxdan bəlləmişəm ki, itib- batmasın (Kürdəmir); Mən bossanda qarpızın yerin bəllədim (Ucar).

bəlləmək3

Hamamlı

Boş-boş danışmaq.

Azərbaycan dilinin dialektoloji lüğəti