Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

bəllənmək

Bilinmək, tanınmaq, aşkar olmaq, aydın olmaq, görünmək. (“Koroğlu” dastanının lüğəti)

Dəlilərim, bu gün dava günüdü,

Müxənnət ölkəsi talanmaq gərək!

Qoç igidlər yarasından bəllənər,

Şərbəttək qanına yalanmaq gərək!

                                                (“Durna teli”)

*

Amma ki Çənlibel karvan yolunun üstündəydi deyin, Koroğlunun sədası hər yerə yayılmışdı. Hər yerdə adı bəllənmişdi. (“Koroğlunun Dərbənd səfəri”)

*

Mənə Bəlli Əhməd deyərlər. Mənim qanım sellənər, sirrim bəllənməz. (“Koroğlunun İstanbul səfəri”)

Azərbaycan dastanlarının leksikası