Reklam
Reklam

Etimologiya lüğəti

bəri

Belə bir fikir geniş yayılıb ki, guya –arı2 şəkilçisi tarixən yönlük halı əks etdirib. Əslində, həmin şəkilçi yer sözünün ixtisarından başqa bir şey deyil: bura –“bu yer”, ora – “o yer”, bəri –yenə də “bu yer”, yuxarı –“yüksək yer”, aşağı (bu, aşarı olub, sonra dəyişib) –“alt yer” deməkdir. Deməli, bəri sözü tarixən mürəkkəb olub, indi sadələşib, kök və şəkilçiyə ayrılmır, bu yer ifadəsinin zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti