►Yeni doğulan iki körpənin – oğlan və qız uşağının hələ beşikdə ikən bir-birinə adaxlı edildiyini bildirən ifadə.
İfadə hələ qədimdən mövcud olmuş el adətləri ilə bağlı yaranmışdır.
Qәdim oğuzlar körpәlәrin nişanlanmasına sadiq qalacaqlarını sübut etmәk üçün körpәnin beşiyini kәrtәrdilәr. Yәni körpә qızın yatdığı beşikdə bıçaqla bir kәrtik açar, bununla da müәyyәn işarə etmiş olardılar. Bu, bir növ, and, sәdaqәt, inam hesab olunurdu. Bәzәn qız vә oğlan uşaqlarının beşiklərini bir-birinә sürtәrәk vә ya yaxınlaşdıraraq ikisini birdәn eyni alәtlә azacıq kәsәrdilәr, onları diş-diş edәrdilәr.
Müasir danışıq dilindә «inanmırsan, kәrtinə bax» ifadәsi bu adətlə bağlıdır. Hazırda «kәrtmәk» sözü daha çox «çәrtmәk» şәklindә işlәdilir.
Yakutlarda indi dә belә bir adәt qalır ki, iki dost vidalaşıb ayrılarkәn bir-birinә sadiq qalmaq andı kimi bir ağacı kәrtәrlәr.
Qumuqca elә «and» әvәzinә «gerti» sözü işlənir. Tәdqiqatçılar «gerçәk» sözünün də kökünün kərtməklə bağlı olduğunu göstәrirlәr.
«Beşikkərtmə» әvәzinә sonralar «göbәkkәsmә/göbəkkəsdi» işlənmәyә başlanıb.
Məsəllər, deyimlər