Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bətdəməx'

Ağdam, Bərdə, Gəncə, Laçın

1. Rədd etmək (Ağdam, Gəncə).

2. Aldadıb satmaq (Ağdam, Gəncə, Laçın).  Amma qoyunu Əsgərin oğluna nə bətdədix'. (Gəncə); Ə, bətdə birinə canın qutarsın (Ağdam).

3. Dəyərli bir şeyi aldadaraq ucuz qiymətə almaq (Bərdə).  Öz aramızdı, Əsədin atın yaman bətdədin ha!

Azərbaycan dilinin dialektoloji lüğəti