Azərbaycan toylarında bəyin təriflənməsi zamanı aşıq və ya xanəndə tərəfindən oxunan mərasim nəğməsi.
Әsasən, beş misradan ibarət olur. Birinci üç misra qafiyələnir, sonuncu iki misra bütün bəndlərdə təkrarlanır; məsələn:
Qızılgülü dəstə-dəstə dərərlər,
Dəribən də yaylıq üstə sərərlər.
Aşıqlara müjdə xələt verərlər,
Görüm, a bəy, toyun mübarək olsun!
Sağdışına, soldışına borc olsun!
B.T.-ndə xanəndə bəyin valideynlərindən və yaxınlarından toy nəməri istəyir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti