Kitab kolleksiyasına, xüsusilə nadir, nəfis və ya antikvar kitab toplamağa ifrat aludəçilik.
B. termini ilk dəfə Mançester Kral xəstəxanasının həkimi Con Ferriar tərəfindən 1809-cu ildə dostuna həsr etdiyi şeirdə işlədilib. B. azarına tutulmuş şəxslərə biblioman deyilir. Bibliomanlar üçün əsas məsələ kitabları oxumaq deyil; onlar yığdıqları kitabların sayı və çeşidi ilə fəxr edirlər. Eyni kitabın müxtəlif nəşrlərinin toplanması da B. adlanır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti