Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bılıx

Ağbaba, Ağcabədi, Ağdam, Bərdə, Çənbərək, Daşkəsən, Gədəbəy, Goranboy, Hamamlı, Xanlar, Kəlbəcər, Qarakilsə, Qazax, Laçın, Tovuz, Zərdab

İnəyin yeni doğulmuş balası.  İnəyimiz bılıx doğuf (Ağbaba); Yenijə doğanda inəyin balasına bılıx deə:rix' (Daşkəsən); Röşən, bılığa birəz su ver (Tovuz); Bılığı ac qoyma:n ha:... (Gədəbəy); İnə:imiz balaca bir bılıx doğuf, elə qəşəx'di ki (Ağcabədi); O bılığı sal to:luya (Ağdam); Bılıx balaca olor buzoydan (Qazax).

Azərbaycan dilinin dialektoloji lüğəti