yun. “bios” – canlı, “geo” – yer, “senos” – birlik, “loqos” – elm
Canlıların yaşadığı mühitlə birlikdə yaratdığı təbii qruplaşmasını kompleks öyrənən elm sahəsi.
Banisi V.N.Sukaçovdur. B.-nın əsas vəzifəsi biogeosenozu təşkil edən komponentlərin quruluşunu, xassələrini, funksiyalarını tədqiq etmək; ekosistemdə baş verən dəyişiklikləri, kənar və daxili enerji axınını, maddələr mübadiləsinin intensivliyini və bioloji məhsuldarlığı öyrənməkdir.
Biologiya terminlərinin izahlı lüğəti