Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

biosenoz

yun. “bios” – həyat, “senos” – birlik

Müəyyən bir ərazidə yaşayan və müxtəlif növlərin populyasiları cəmindən təşkil olunan quruluş səviyyəsi.

B. biosferin tərkib hissəsidir. Göl, qamışlıq, çəmənlik və s. B.-a aiddir. B.-un maddələr mübadiləsində canlılar 3 qrupa bölünür: üzvi maddələri istehsal edən yaşıl bitkilər, hazır üzvi maddələri istehlak edən heyvanlar və bu maddələri minerallaşdıran mikroorqanizmlər.

Həmçinin bax:

Biologiya terminlərinin izahlı lüğəti