Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

birvariantlı şəkilçilər

Ahəng qanununa tabe olmayan leksik şəkilçilər.

Azərbaycan dilində bu şəkilçilər, əsasən, fars və ərəb dillərindən alınmışdır; məs.: -iyyət, -iyyat, -stan, -iyyə, -xana, -bi, -na, -keş, -dar, -şünas, -kar və s. Lakin son dövrdə Av­ropa dillərindən də şəkilçilər dilimizə daxil olur; məs.: -dis (diskvalifikasiya), -anti (antibiotik), -izm (sosializm) və s. Bir cür yazılan şəkilçilərin bəziləri sözün sonuna, digərləri isə əvvəlinə artırılır: istiqlaliyyət, xəzinədar, bivəfa, naxələf, anormal. Birvariantlı şəkilçilərin əksəriyyəti alınma olsa da,   -şın, -sov şəkilçiləri millidir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti