Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

boğazaltı1

Şamaxı, Ucar

Kiçik baş şalı.  Mə: bir boğazaltı da almırsız (Ucar); Boğazaltımı Suğrabəyim birovuz apardı (Şamaxı).

boğazaltı2

Gəncə, Şuşa

Qadınların boyunlarına taxdıqları qızıl zinət.  Hürnisənin boğazaltısını dünəncə:z oğurruyuflar (Gəncə); Toyumuzda qaynım ma: bir boğazaltı alıf bağışdamışdı (Şuşa).

boğazaltı3

İmişli, Şuşa, Tovuz
1. Yüyənin hissəsi, atın boğazının altından keçən qayış (İmişli, Şuşa). □ Boğazaltı atın yüyənində olor; Atın boğazaltısı qırılıfdı, onu apar tix'dir (Şuşa).

2. Boyunduruğun alt ağacı (Tovuz). □ Gə boğazaltını dəyişəx'.

Azərbaycan dilinin dialektoloji lüğəti