Baş geyimi, papaq. (“Koroğlu” dastanının lüğəti)
Başına qoyubdu qızıldan börkü,
Baxırdı yerindən kərgədən təki,
Əyninə geyibdi nəzburdan kürkü,
Alıb məni yerə çaldı bəzirgan.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun-Mirzə”)
*
Kənizlər Koroğlunun yatağını salmışdılar. Koroğlu soyunub gecə börkünü başına qoydu, yerinə girib uzandı. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikası